HuqSi · Hüquq Süni İntellekt

Haqqımızda

HuqSi hüquqşünasın hüquq peşəkarları üçün qurduğu süni intellektdir. Məqsədimiz hüquqi işin yorucu, təkrarlanan hissəsini üzərimizə götürməkdir ki, siz vaxtınızı və diqqətinizi qərara verəsiniz.

Adımız haqqında

Məhkəmə iclasında katib protokolu aparır ki, hakim diqqətini işin mahiyyətinə versin. Biz hər hüquqşünasın yanında belə bir köməkçi olmasını istədik: sənədin layihəsini hazırlayan, qanunvericiliyi və məhkəmə təcrübəsini mənbəsi ilə axtaran, təkrarlanan işi görən, amma qərarı heç vaxt öz üzərinə götürməyən köməkçi. Məhsulumuzun adı da buradandır: e-Katib.

Təsisçidən

Səkkiz ildir hüquq sahəsində çalışıram. Bu illər ərzində vaxtımın böyük hissəsini işin özü yox, onun ətrafındakı işlər aparırdı: eyni quruluşlu sənədi hər dəfə yenidən yazmaq, maddənin bu gün hansı redaksiyada qüvvədə olduğunu yoxlamaq, lazım olan məhkəmə qərarını saatlarla axtarmaq. Ümumi süni intellekt alətlərini də sınadım. Onlar inamla cavab verirdi, amma maddəni göstərmirdi, bəzən isə mövcud olmayan maddəni uydururdu. Hüquqda belə cavaba söykənmək olmaz.

Ona görə süni intellekt mühəndisliyini sıfırdan öyrəndim və ehtiyac duyduğum aləti özüm qurmağa başladım. e-Katib-i şablonlarından serverlərinə qədər özüm qurmuşam və bu gün də özüm inkişaf etdirirəm. Bunun sizin üçün üç mənası var: sistemdəki hər qayda hüquqşünas gözü ilə qoyulub; yazdığınız hər məktubu sistemi quran şəxs özü oxuyur; təklifləriniz birbaşa inkişaf planına düşür.

Məqsədim hüquqşünası əvəz etmək deyil. Məqsədim hüquq işinin yorucu tərəflərini aradan qaldırmaq və bu sahədə çalışan hər kəsə iş üzrə daha düşünülmüş, daha səmərəli qərar vermək üçün vaxt qazandırmaqdır. Bu yolu sizinlə birlikdə getmək istəyirəm.

Necə işləyirik

  • Hər cavabın arxasında hüquqi istinad dayanır. Cavabın yanında maddə, mənbə və maddənin son dəyişiklik tarixi göstərilir; mənbə ilə təsdiqlənməyən istinad cavaba buraxılmır.
  • Sənədin skeleti şablondan gəlir. Kataloqdakı 200-dən çox sənəd növündə başlıq, rekvizitlər və prosessual maddələr hazır şablondan götürülür, süni intellekt yalnız faktlarınıza aid hissəni yazır. Çatışmayan rekviziti uydurmur, sizdən soruşur.
  • Bilik bazası hər gün yenilənir. Cavab maddənin qüvvədə olan redaksiyasına əsaslanır.
  • Qərar sizindir. e-Katib layihə hazırlayır; siz istinadı açıb mənbə ilə tutuşdurur, mətni redaktə edir və təsdiqləyirsiniz.

Məxfilik

Hüquqi iş məxfilik üzərində qurulur. Ona görə məxfiliyi sonradan əlavə olunan funksiya kimi yox, sistemin quruluşu kimi düşünmüşük.

  • Süni intellekt yerlidir. Sənəd hazırlama, təhlil, axtarış, anonimləşdirmə, səsin və şəklin mətnə çevrilməsi Azərbaycandakı öz serverlərimizdə işləyir. Sənədləriniz və sorğularınız ölkə hüdudlarından kənara çıxmır; sizin açıq seçiminiz olmadan heç bir xarici süni intellekt xidmətinə göndərilmir.
  • Məlumatınız yalnız sizindir. Məzmununuzu satmırıq, reklam və ya model təlimi üçün istifadə etmirik. Bir istifadəçinin məlumatı başqasına göstərilmir: müdafiə və istintaq tərəfləri eyni sistemdən istifadə etsə də, bir-birinin işini görmür.
  • Seyf şifrəlidir. İşlər, tərəflər və sənədlər şifrələnmiş saxlanılır, PIN kodla açılır və 15 dəqiqədən sonra özü bağlanır.
  • Lazım olmayanı saxlamırıq. Təhlilçiyə verdiyiniz müqavilə, Seyfə saxlamasanız, serverdə qalmır. Yüklədiyiniz fayl, şəkil və səs yalnız mətnə çevrilənədək yaddaşda saxlanılır.
  • Paylaşmazdan əvvəl gizlədin. Məxfiçi mətndəki ad, FİN, VÖEN, ünvan və digər şəxsi məlumatları tanıyıb gizlədir, maddə istinadlarına toxunmur. Model Azərbaycan dili üçün öyrədilib və öz serverlərimizdə işləyir.
  • Nəzarət sizdədir. İstənilən sənədi Word və PDF formatında yükləyə, hesabınızı istədiyiniz an silə bilərsiniz: sənədləriniz, Seyf işləriniz və profiliniz dərhal silinir.

Sizə sözümüz

  • Dəyişiklikdən əvvəl xəbər veririk. İstifadə şərtlərində və ya məlumatların işlənməsində əhəmiyyətli dəyişiklik olanda bunu ən azı 30 gün əvvəl bildiririk.
  • Sənədləriniz girov qalmır. Xidmət dayandırılarsa, ən azı 30 gün əvvəl xəbərdarlıq edir və bütün məzmununuzu yükləmək imkanı veririk.
  • Sözümüz yazılıdır. Bu səhifədəki öhdəliklər e-Katib-in İstifadə şərtlərində və Məxfilik siyasətində hüquqi dillə təsbit olunub.

Kimin üçün

Hüquq sisteminin bütün iştirakçıları üçün: vəkillər və məhkəmədə təmsilçilik edən hüquqşünaslar, müstəntiqlər, təhqiqatçılar və əməliyyat müvəkkilləri, şirkət hüquqşünasları və qurumların hüquq şöbələri, hüquq araşdırmaçıları, alimlər və müəllimlər. Tərəf tutmuruq: müdafiə və istintaq tərəfləri eyni sistemdən istifadə etsə də, bir-birinin işini görmür.

Əlaqə: elaqe@huqsi.aze-Katib-in İstifadə şərtləri və Məxfilik siyasəti